“Liverpul” 4 futbolçusunu satır

“Liverpul” 4 futbolçusunu satır
# 15 mart 2020 13:15 (UTC +04:00)

İngiltərənin “Liverpul” klubu yayda transferə çıxaracağı futbolçuları müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 4 futbolçunu satmağı planlaşdırır.

Bunlar müdafiəçilər Nataniel Klayn və Deyan Lovren, yarımmüdafiəçilər Adam Lallana və Şerdan Şakiridir. Baş məşqçi Yurgen Klopp nadir hallarda etimad göstərdiyi futbolçuları komandada saxlamağa ehtiyac görmür.

Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqası koronavirus pandemiyasına görə dayandırılıb. “Liverpul” 82 xalla çempionatın lideridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR