Luis Suares “Atletiko”da qol vurur, “Barselona”ya qazandırır

Luis Suares “Atletiko”da qol vurur, “Barselona”ya qazandırır
# 20 fevral 2021 12:09 (UTC +04:00)

“Atletiko” Luis Suaresin transferi üçün “Barselona”ya 5 milyon avro ödəyib.

Apasport.az saytının məlumatına görə, diqqətçəkən məqam oyunçunun bu razılıqdan xəbərinin olmamasıdır.

Uruqvaylı forvard mövsümün əvvəlində Madrid təmsilçisinə havayı keçib. Ancaq klublar arasındakı gizli anlaşmaya əsasən, müəyyən nailiyyətdən sonra “Atletiko” qarşı tərəfə 5 milyon avro ödəməli idi. Həmin məbləğ artıq kataloniyalıların büdcəsinə köçürülüb. Bundan başqa, “Atletiko” Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanarsa, “Barsa” daha 6 milyon avro gəlir götürəcək.

Qeyd edək ki, Luis Suares bu mövsüm La Liqada keçirdiyi 19 oyunda 16 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR