Luis Suares Ronaldo və Messinin rekordunu yeniləyib

Luis Suares Ronaldo və Messinin rekordunu yeniləyib
# 14 oktyabr 2020 11:06 (UTC +04:00)

Uruqvay millisinin futbolçusu Luis Suares yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, hücumçu rəsmi turnirlərdə yığmanın heyətində ən çox qol vuran cənubi amerikalı adını qazanıb.

Suares DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə turnirinin II turunda Ekvadorun qapısına 2 dəfə yol tapıb. 2:4 hesablı məğlubiyyətdə dubl müəllifi olan Luis Uruqvay millisində qol sayını 41-ə çatdırıb.

Bununla da Suares üçhakimiyyətliliyə son qoyub. Uruqvaylı braziliyalı Ronaldo və argentinalı Lionel Messini arxada qoyub. Onların hərəyə 39 qolu var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR