"Mançester Siti" Çempionlar Liqasından kənarlaşdırılıb

"Mançester Siti" Çempionlar Liqasından kənarlaşdırılıb
# 14 fevral 2020 22:52 (UTC +04:00)

"Mançester Siti" iki il müddətinə Çempionlar Liqasından kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, UEFA "şəhərlilər"lə bağlı maliyyə fırıldaqçılığını təsdiqləyib.

Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Premyer Liqa təmsilçisi iki il ərzində Avropa yarışlarında iştirakdan məhrum edilib və 30 milyon avro məbləğində cərimələnib.

Beləliklə, "Mançester Siti" 2020-21 və 2021-22 mövsümlərində Çempionlar Liqası və Avropa Liqasında oynamayacaq.

Qeyd edək ki, "Mançester Siti"nin 2012-2016-ci illər aralığında maliyyə feyr-pley prinsiplərini pozduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR