Miroslav Klozenin “Bavariya”da təyinatı rəsmiləşib

Miroslav Klozenin “Bavariya”da təyinatı rəsmiləşib
# 07 may 2020 17:05 (UTC +04:00)

“Bavariya”nın U-17 komandasının baş məşqçisi Miroslav Klozenin əsas kollektivdə köməkçi-məşqçi kimi təyinatı rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis bu gün klubun bazasında rəhbərliklə görüşərək, müqaviləyə qol çəkib.

Anlaşmaya əsasən, Kloze iyulun 1-dən etibarən baş məşqçi Hans-Diter Flikin yardımçısı olacaq. Onunla 1 illik müqavilə imzalanıb. Bundan başqa, digər köməkçi-məşqçi Danni Röhlün də müqavilə müddəti 2023-cü ilə qədər uzadılıb.

Qeyd edək ki, Miroslav Kloze 2007-2011-ci illərdə “Bavariya”nın formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR