“Neftçi”nin Azərbaycan Premyer Liqasının VIII turunun bu gün keçiriləcək “Sumqayıt”la oyun üçün heyəti açıqlanıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Füzuli Məmmədov komandanın kapitanı Emin Mahmudovu ehtiyat oyunçular skamyasında saxlayıb.
Milli komandanın da üzvü olan təcrübəli yarımmüdafiəçi sonuncu dəfə 2018-ci il sentyabrın 22-də oyuna ehtiyatda başlayıb. Emin “Zirə” ilə həmin səfər qarşılaşmasında da (2:1) sonradan meydana daxil olub.
Həmin matçdan sonra “Neftçi”nin keçirdiyi 50 görüşün 47-də start heyətdə meydana çıxan yarımmüdafiəçi 3 qarşılaşmanı müxtəlif səbəblərdən ümumiyyətlə protokola daxil edilməyib.
Qeyd edək ki, ümumilikdə Azərbaycan Premyer Liqasının 74 oyununda şans qazanan Mahmudov 70 dəfə start heyətdə yer alıb, 4 dəfə sonradan komanda yoldaşını əvəzləyib. O, yalnız 4 qarşılaşmanı ehtiyatda başlayıb ki, bunların hamısında da sonradan oyuna daxil olub.
"Neftçi"nin kapitanı 2 ildən sonra ehtiyatda qalıb
01 noyabr 2020 13:41 (UTC +04:00)
Futbol
Kilian Mbappe "PSG"-dən gedəcəyini açıqlayıb - VİDEO
22:20
10 may 2024
“Borussiya” Çempionlar Liqasının finalında uduzsa, rəqibi “Real”dan daha çox pul qazanacaq
13:34
10 may 2024
"Fənərbaxça" baş məşqçi İsmail Kartalla yolları ayırır
12:54
10 may 2024
"Olimpiakos" Konfrans Liqasının finalına çıxıb
01:11
10 may 2024