"Qarabağ" yoxlama oyununda "Siqma"ya məğlub olub

"Qarabağ" yoxlama oyununda "Siqma"ya məğlub olub
  • Clock-gray 14:20
  • calendar-gray 25 Yanvar 2020

Türkiyədə təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubu bu gün 3-cü yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu günün ilk matçında Çexiya təmsilçisi "Siqma" ilə qarşılaşıb.

Olomouts klubu ilə görüş "Gloria Sereniti" otelinin meydançasında keçirilib. Qarşılaşma çexiyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində təsəlli qoluna 59-cu dəqiqədə baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı imza atıb.

Qeyd edək ki, bunadək iki yoxlama matçı keçirən “Qarabağ” “Akademika Kilinçeni” (Rumıniya) ilə məhsuldar heç-heçəyə (2:2) imza atıb, “Jetısu”ya (Qazaxıstan) bir qolla qalib gəlib. Qurban Qurbanovun kollektivi axşam saatlarında Polşa klubu “Visla” (Plotsk) ilə üz-üzə gələcək.

Yoxlama oyunu
25 yanvar
12:30. “Qarabağ” – “Siqma” (Çexiya) - 1:3

Musa Qurbanlı, 59

ApaSport

Digər xəbərlər