“Qarabağ”ın məşqçisi: “13-14 sağlam futbolçumuz var”

“Qarabağ”ın məşqçisi: “13-14 sağlam futbolçumuz var”
# 02 dekabr 2020 16:50 (UTC +04:00)

“Hazırda sərəncamımızda az sayda sağlam oyunçu var. Son olaraq Mahir Emreli də koronavirusa yoluxub".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov Avropa Liqasının V turunda İsrailin “Makkabi” (Təl-Əviv) klubuna qarşı keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib.

Baş məşqçi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün komandanı Türkiyədəki matçda meydana çıxaracaq Rəhmanov heyətlə bağlı ciddi problemlər yaşadıqlarını söyləyib: “Hazırda 13-14 sağlam futbolçumuz var. Dua edirik ki, onlar sabah tam hazır olsunlar”.

Qeyd edək ki, dekabrın 3-də İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” görüşü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR