Qarətçilər Karlo Ançelottinin evindən seyfini aparıb

Qarətçilər Karlo Ançelottinin evindən seyfini aparıb
# 13 fevral 2021 10:22 (UTC +04:00)

İngiltərənin “Everton” klubunun baş məşqçisi Karlo Ançelotti xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis qarətçilərin qurbanı olub.

Hadisə Mersisaydda yerləşən Blundelsandsedə baş verib. Maskalı iki şəxs Ançelottinin evinə girib.

Mütəxəssis hadisə zamanı evdə olmayıb. Onun qızı qarətçiləri qorxuda bilib ki, onlar da hadisə yerindən qaçıb. Lakin cinayətkarlar qaçarkən seyfi aparmağa müvəffəq olub.

Qeyd edək ki, Ançelotti 2019-cu ildən “Everton”u çalışdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR