Ronaldo: “Pelenin rekordunu yenilədiyim üçün qürur hissi keçirirəm”

Ronaldo: “Pelenin rekordunu yenilədiyim üçün qürur hissi keçirirəm”
  • Clock-gray 11:39
  • calendar-gray 15 Mart 2021

“Son bir neçə həftədə Pelenin 757 qolunu üstələyərək məni futbol tarixində dünyanın ən yaxşı bombardiri hesab edən xəbərlər və statistikalar görürəm. Buna görə minnətdar olsam da, bu rekordu niyə qəbul etmədiyimi izah etməyimin vaxtı gəldi”.

Apasport.az saytının məlumatına görə, bunu “Yuventus”un hücumçusu Kriştianu Ronaldo əfsanəvi braziliyalı Pelenin rekordunu yeniləməsinə münasibət bildirərkən deyib.

Portuqaliya millisinin üzvü instaqram səhifəsi vasitəsilə karyerasında vurduğu qol sayının 770-ci qolu vurması ilə bağlı təəssüratlarını bölüşüb: “Cənab Edson Arantes do Naşimentoya sonsuz və qeyd-şərtsiz heyranlığım var. XX əsrin ortalarında o, San-Paulo ştatında 9, hərbçilərin komandasında isə bir rəsmi qol vurub. Bununla 767 qola çatıb. O vaxtdan bəri dünya dəyişdi, futbol da dəyişdi. Amma bu o demək deyil ki, tariximizi maraqlarımıza görə silə bilərik. Peşəkar karyeramda 770-ci qolu vurduqdan sonra ilk sözlərim birbaşa Peleyə ünvanlanır. Dünyada onun oyunları, hədəfləri və qazandığı uğurlar haqda hekayələri dinləyərək böyüməyən futbolçu yoxdur. Mən də istisna deyiləm. Bu səbəbdən Pelenin rekordunu yenilədiyim üçün sevinc və qürur hissi keçirirəm. Madeyrada bir uşaq kimi böyüyəndə bunun xəyalını belə qura bilməzdim”.

36 yaşlı superulduz hələ də görəcəyi işlərin çox olduğunu vurğulayıb: “Mənimlə bu ecazkar səyahətdə iştirak edənlərin hamısına təşəkkür edirəm. Komanda yoldaşlarıma, rəqiblərimə, dünyanın hər yerindəki gözəl oyunun azarkeşlərinə və hər şeydən əvvəl ailəmə, yaxın dostlarıma. İndi növbəti oyunlar üçün səbirsizlənirəm. Növbəti qələbələr və kuboklar! İnanın, bu hekayə hələ bitməkdən çox uzaqdır. Gələcək sabahdır və “Yuventus”la Portuqaliya millisi üçün qazanılacaq çox şey var”.

ApaSport

Digər xəbərlər