Şahmat üzrə onlayn Olimpiada keçiriləcək

Şahmat üzrə onlayn Olimpiada keçiriləcək
# 30 iyun 2020 14:47 (UTC +04:00)

Koronavirus pandemiayası dövründə onlayn blits şahmat üzrə bir sıra turnirlər keçirən FİDE daha böyük layihəni gerçəkləşdirəcək.

Apasport.az saytının məlumatına görə, qurum onlayn Olimpiadanın keçiriləcəyini açıqlayıb.

Yarış 2020-ci il iyulun 22-də start götürəcək. Olimpiadaya avqustun 30-da yekun vurulacaq.

Qarışıq komandaların mübarizəsində hər yığmada 6 şahmatçı yer alacaq. Bunlardan ən azı ikisi qadın olmalıdır. Həmçinin hər komandada bir oğlan və bir qız 20 yaşadək olmalıdır. Bundan başqa, hər yığma 6 ehtiyat oyunçu və kapitan sifariş edəcək.

Olimpiada iki mərhələdən ibarət olacaq. Öncə komandalar 4 divizionda – Top, I, II və III divizionda mübarizə aparacaq. Qeydiyyatdan keçən komandaların sayı 145-dən çox olsa, təsnifat xarakteri daşıyan Baza divizionu da oynanılacaq. Ardınca pley-off baş tutacaq.

Qeyd edək ki, hələlik divizionların tərkibləri rəsmən açıqlamayıb. Azərbaycan yığmasının 40 komandanın yer alacağı Top-divizionda mübarizə aparacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR