Super Liqada komanda sayı yenidən artırıla bilər

Super Liqada komanda sayı yenidən artırıla bilər
# 01 avqust 2020 22:57 (UTC +04:00)

Türkiyə Futbol Federasiyası (TFF) rəhbərliyi avqustun 4-də bir araya gələcək.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Super Liqanın 2020/21 mövsümü müzakirə olunacaq.

Bir neçə gün öncə aşağı dəstəyə yuvarlanmanı ləğv edərək komanda sayını 21-ə çatdıran TFF bu rəqəmi yenidən müzakirə edəcək. Hər turda bir komandanın istirahət edəcəyi 42 turdan ibarət çempionatdakı iştirakçı sayı yenidən artırıla bilər.

Bu rəqəmin 22-yə çatdırılacağı gözlənilir. 1-ci liqadan Super Liqaya vəsiqə uğrunda pley-offun finalında uduzan “Adana Dəmirspor”un 22-ci komanda olacağı iddia edilir.

Pley-offun yarımfinalında uduzan “Bursaspor” da elitaya qayıtmaq iddiasını büruzə verib. Bursalılar bu rəqəmin 22 deyil, 24 olmasını, özləri ilə yanaşı, digər yarımfinalçı “Akhisar”ın da güzəşt əldə etməsini istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR