Tiaqo Alkantara karyerasını "Bavariya"da davam etdirəcək

Tiaqo Alkantara karyerasını "Bavariya"da davam etdirəcək
  • Clock-gray 12:34
  • calendar-gray 06 Aprel 2020

"Bavariya"nın yarımmüdafiəçisi Tiaqo Alkantaranın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu karyerasını Münhen klubunda davam etdirəcək.

Tərəflər arasında yeni müqavilə imzalanması razılaşdırılıb. Bütün şərtlərdə ortaq məxrəcə gəlinib, yalnız rəsmi sənədə qol çəkmək qalıb. Bundesliqa bərpa edildikdən sonra İspaniya millisinin üzvü yeni uzunmüddətli saziş imzalayacaq.

Qeyd edək ki, Tiaqo Alkantaranın "Bavariya" ilə hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdir.

ApaSport

Digər xəbərlər