UEFA-nın mənzil-qərargahına giriş məhdudlaşdırılıb

UEFA-nın mənzil-qərargahına giriş məhdudlaşdırılıb
# 17 mart 2020 00:55 (UTC +04:00)

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahına giriş məhdudlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, qapıların əksər işçilərin üzünə bağlanması koronavirus pandemiyası ilə bağlı atılıb.

Assosiasiyanın yalnız məhdud sayda əməkdaşları binaya buraxılacaq. Digər əməkdaşlar isə kənardan işlərini davam etdirəcək.

Qeyd edək ki, martın 17-də UEFA koronavirus pandemiyası ilə əlaqədar olaraq milli assosiasiyalarla videokonfrans keçirəcək. Burada AVRO-2020, avrokuboklar və daxili yarışlarla bağlı müzakirələr aparılacaq, müvafiq qərar və tövsiyələr veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR