"Zirə"nin legioneri: “Türkiyədə yığdığımız formanı artıq itirdik” - MÜSAHİBƏ

"Zirə"nin legioneri: “Türkiyədə yığdığımız formanı artıq itirdik” - MÜSAHİBƏ
# 13 aprel 2020 10:21 (UTC +04:00)

"Zirə"nin müdafiəçisi Alvaro Ampuero ölkəsi Peru mətbuatına geniş müsahibə verib.

Apasport.az saytının məlumatına görə, karyerasını vərəqləyən 28 yaşlı futbolçu Azərbaycana gəlişindən və buradakı futbolun səviyyəsindən də bəhs edib.

Ampuero yenidən Peru millisinə dəvət almaq istəyində olduğunu da gizlətməyib.

- Bakıda koronavirus pnademiyası səbəbindən elan edilən karantin rejimi necə keçir?
- Azərbaycanda tədbirlər təxirə salındı, indi daha sərtdir. Sevgilimlə yalnız alış-verişə çıxırıq, daha çox evdə vaxt keçiririk. Turnir bir ay əvvəl dayandırıldı. Cümə günü bazar günkü matça hazırlaşırdıq, bizə iki günlük istirahət verdilər. Sonra çempionat təxirə salındı, dedilər ki, aprelin ortasında çempionatın bərpası ilə bağlı görüş olacaq.

- Azərbaycan Premyer Liqasında komanda sayı azdır...
- 8 komandadan ibarət 4 dövrəli çempionatdır. Hər rəqiblə iki dəfə evdə, iki dəfə səfərdə olmaqla 4 dəfə üz-üzə gəlirsiniz. Avropa Liqasına vəsiqə verən ölkə kuboku da var. Biz yarımfinaldayıq və bu ay oynamalı idik. Ancaq indi vəziyyətin necə olacağını bilmirəm.

- Bu fasilə sizə psixoloji cəhətdən təsir etmir?
- Turnir cədvəlinin son pillələrində idik, amma bizdən daha çoxu gözlənilirdi. Hər oyun bizim üçün finala bərabər idi. İlk vaxtlar yarışın tez bərpa olunacağını düşünürdüm. Çünki koronavirusa yoluxma az idi və nəzarətə alınmışdı. Amma bir ay keçdi, indi başqa mövzudan danışmaq lazımdır. Yanvarda Türkiyədə 20 günlük təlim-məşq toplanışı keçdik, amma yığdığımız həmin formanı artıq itirdik. Bu günlər adama qəribə gəlir. Çünki karyeram ərzində heç vaxt bu qədər futbolsuz qalmamışdım.

- "Zirə"yə keçidiniz necə reallaşmışdı?
- Bu, sürətli və təəccüblü oldu. 2018-ci ildə "Munisipial"da uğurlu mövsüm keçirdim, amma ötən il iki dəfə zədələndim. Zədənin biri dizimdən olmuşdu, ikinci dövrədə az oynadım. 2018-ci ildəki çıxışıma görə mənimlə əlaqə qurdular. Əvvəlcə zədəyə görə bir az tərəddüd etdim. Çünki uzaq yerə getməli idim, ölkəni, çempionatı tanımırdım. Təklifi qəbul edib-etməyəcəyimi bilmirdim, fiziki cəhətdən tam hazır olmadığım üçün risk idi. Ancaq variantı maraqlı gördüm, xaricdə yenidən cəhd etmək üçün uğurlu zaman olduğunu hiss etdim.

- Azərbaycan Premyer Liqası haqda nə bilirdiniz və o ölkədən, futbolundan nə gözləyirdiniz?
- Burda nə ilə qarşılaşacağımı bilmirdim, Səudiyyə Ərəbistanı kimi fərqli mədəniyyətə malik ölkə olduğunu düşünürdüm. Bakı gözəl və müasir şəhərdir, burada hər şey var. Liqa məni çox təəccübləndirdi, yaxşı komandalar, oyunçular, stadionlar var. Bura gəlmək qərarımın düzgün olduğunu düşünürəm. Ancaq insanlar stadionlara çox getmirlər, Perudakı kimi atmosfer yoxdur. Bunu Peru ilə müqayisə etmək qəribədir. İndi bütün diqqətimi oyunumu inkişaf etdirməyə yönəltmişəm. Bu yolla Peru millisinə çağırılmaq istəyirəm. Çünki dünya çempionatında oynamağın xəyallarını qururam.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR