Alessandro Nesta İtaliya klubunun baş məşqçisi təyin olunub

Alessandro Nesta İtaliya klubunun baş məşqçisi təyin olunub
# 18 iyun 2019 09:34 (UTC +04:00)

İtaliya milli komandasının sabiq futbolçusu Alessandro Nestanın yeni iş yeri məlum olub.

APA-nın məlumatına görə, 43 yaşlı mütəxəssis “Frozinone” klubunun baş məşqçisi təyin olunub.

Təqdimat mərasimi iyunun 19-da keçiriləcək A.Nesta klubla iki illik müqavilə imzalayıb. Ötən mövsüm A seriyasında 19-cu yeri tutan “Frozinone” B seriyasında mübarizə aparacaq.

Qeyd edək ki, futbolçu kimi “Latsio”, “Milan”, “Monreal İmpakt” və “Çennayin” klublarında çıxış etmiş A.Nesta 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olub. Ötən mövsüm onun baş məşqçisi olduğu “Peruca” B seriyasında 9-cu yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR