“Komandamıza daha çox qol imkanı yaratmaq lazım idi. Lakin AEK-lə qarşılaşmada son ötürmələrdə qeyri-dəqiq oynayırdıq”.
APA-nın məlumatına görə, bunu Kiprin APOEL klubunun futbolçusu Andre Vidiqal deyib.
Ölkə çempionatının AEK-lə oyunu (0:0) barədə fikirlərini açıqlayan futbolçu Avropa Liqasının noyabrın 7-də “Qarabağ”la keçiriləcək matçı haqda da danışıb: “Bizə üç xal lazım idi. Bunun üçün mübarizə aparırdıq. Üzərimizdə çalışmaqda davam edəcəyik. “Qarabağ”la matçda da qələbəyə can atacağıq. Qrupdan çıxmaq şansını qorumaq üçün qalib gəlməliyik”.