Argentinalı futbolçu 6-cı mərtəbədən yıxılaraq ölüb

Argentinalı futbolçu 6-cı mərtəbədən yıxılaraq ölüb
# 07 oktyabr 2019 12:15 (UTC +04:00)

Argentinalı futbolçu Esekiel Esperon faciəvi şəkildə ölüb.

APA-nın məlumatına görə, Meksikanın “Atlante” klubunun yarımmüdafiəçisi 6-cı mərtəbədən yıxılaraq dünyasını dəyişib.

Hadisə onun vətəni Argentinada olduğu vaxt yaşanıb. Buenos-Ayresdə dostları ilə bir araya gələn E.Esperon gecə saat 03:00-da onlarla birgə binanın eyvanına çıxıb. Futbolçu yaxşı bərkidilməyən məhəccərə söykənmək istəyib. 6-cı mərtəbədən yerə düşən futbolçunu xəstəxanaya aparsalar da, az keçməmiş həkimlər onun ölümünü qeydə alıb.

Argentinalı vətənində “Old Boyz”, Braziliyada “İnter” və “Qremio”da da oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR