Avropa Liqasının qrup mərhələsinə ilk dörd vəsiqənin sahibi məlum olub

Avropa Liqasının qrup mərhələsinə ilk dörd vəsiqənin sahibi məlum olub
  • Clock-gray 10:03
  • calendar-gray 14 Avqust 2019

Avrokubokların qrup mərhələsinə ilk dörd vəsiqə sahibini tapıb.

APA-nın məlumatına görə, mövsümə birbaşa qrupdan başlayacaq komandalara Çempionlar Liqasının Liqa yolunun uğursuzları qoşulub.

III təsnifat mərhələsində Çempionlar Liqası ilə vidalaşan komandalar birbaşa Avropa Liqasının qrupuna düşüb. Bunlar 
“Bazel” (İsveçrə), “Dinamo” (Kiyev, Ukrayna), “Başakşəhər” (Türkiyə) və “Portu” (Portuqaliya) klublarıdır.

Onlar bu turnirin qrupundan mübarizəyə başlayacaq 17 komandaya qoşulublar. Həmin klublar “Sevilya”, “Xetafe” (hər ikisi İspaniya), “Arsenal”, “Mançester Yunayted” (hər ikisi İngiltərə), “Roma”, “Latsio” (hər ikisi İtaliya), “Beşiktaş” (Türkiyə), MOİK (Rusiya), “Sportinq” (Portuqaliya), “Volfsburq”, “Borussiya” M (hər ikisi Almaniya), “Sent Etyen”, “Renn” (hər ikisi Fransa), “Standard” (Belçika), “Aleksndriya” (Ukrayna), “Volfsberq” (Avstriya) və “Luqano”dur (İsveçrə).

Qeyd edək ki, qrup mərhələsinə son 27 vəsiqənin sahibi pley-offda bilinəcək. Avropa Liqasında bu raundun 21 qalibi və Çempionlar Liqasının 6 uğursuzu qrupa düşəcək.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date