Azərbaycan Premyer Liqasında mövsümün ilk heç-heçəsi qeydə alınıb - VİDEO

Azərbaycan Premyer Liqasında mövsümün ilk heç-heçəsi qeydə alınıb - VİDEO
# 19 avqust 2019 21:57 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ilk turu başa çatıb.

APA-nın məlumatına görə, tura “Bakcell Arena”dakı matç ilə yekun vurulub.

Bakı təmsilçiləri “Neftçi” və “Sabah” mövsümdə ilk çempionat oyununa çıxıb. “Ağ-qaralar”ın üstünlüyü ilə keçən görüşdə hesabı qonaqlar açıblar. Rəşad Eyyubov 33-cü dəqiqədə fərqlənib. Meydan sahibləri cəmi 7 dəqiqə sonra Soni Mustivarlın qolu ilə hesabda tarazlıq yaradıblar.

Matçın ikinci hissəsi qarşılıqlı hücumlarla keçib. Buna baxmayaraq hesab dəyişməyib.

Beləliklə, Azərbaycanın ən titullu klubu “Neftçi” “Sabah”la qarşılaşmada xal itkisi ilə üzləşib – 1:1.

Bu, Premyer Liqada mövsümün ilk heç-heçəsi olub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Keşlə”ni, “Səbail” “Zirə”ni eyni – 1:0, “Sumqayıt” “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası

I tur

19 avqust

“Neftçi” – “Sabah” – 1:1

Qollar: Soni Mustivar, 40 – Rəşad Eyyubov, 33

Baş hakim: Əliyar Ağayev

Bakı. “Bakcell Arena” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR