AVRO-2020: Pley-off üç aydan sonra keçiriləcək

AVRO-2020: Pley-off üç aydan sonra keçiriləcək
# 17 mart 2020 18:08 (UTC +04:00)

2021-ci ilə təxirə salınan AVRO-2020-nin pley-off mərhələsinin oyunlarının da vaxtı dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, final mərhələsinə sonuncu 4 vəsiqənin sahibi bu ilin iyununda bəlli olacaq.

Martda keçirilməli olan qarşılaşmaların üç ay sonra baş tutması koronavirus pandemiyası ilə bağlıdır. Bu raundda Millətlər Liqasından pley-offa yüksələn komandalar çıxış edəcək.

Azərbaycan millisinin mübarizə apardığı D liqasının komandalarından Şimali Makedoniya - Kosovo və Gürcüstan – Belarus oyunları iyunun 2-də, bu cütlərin qalibləri arasında həlledici matç 4 gün sonra keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR