“Düdelanj”ın baş məşqçisi: “Biz daha yüksək yerlərə qalxmalıyıq”

“Düdelanj”ın baş məşqçisi: “Biz daha yüksək yerlərə qalxmalıyıq”
# 17 oktyabr 2019 10:35 (UTC +04:00)

“Əsl qəhrəmanlıq, inanılmaz və tarixi debüt idi. Mən həmişə ilk oyunumu unutmayacağam”.

APA-nın məlumatına görə, bunu Lüksemburqun “Düdelanj” klubunun baş məşqçisi Bertran Krasson deyib.

Belçikalı mütəxəssis komandasının Avropa Liqasının qrup mərhələsi barədə fikirlərini açıqlayıb. Kiprdə APOEL üzərində 4:3 hesablı qələbəni böyük zəfər adlandıran mütəxəssis “Qarabağ”la ev oyunundakı darmadağını da (1:4) xatırlayıb: “Evdə “Qarabağ”a uduzduq. İndi bizi “Sevilya” ilə səfər qarşılaşması gözləyir. Hamı bizim həmin görüşdə uduzacağımızı düşünür. Amma biz öz şanslarımızdan yararlanmağa çalışacağıq. Lakin bizim üçün ölkə çempionatı daha prioritetdir. Biz daha yüksək yerlərə qalxmalıyıq. Hələ oktyabr ayıdır. Sözümüzü mövsümün sonunda deyəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR