Kütləvi dava düşən oyunda 8 qırmızı vərəqə göstərilib

Kütləvi dava düşən oyunda 8 qırmızı vərəqə göstərilib
# 07 oktyabr 2019 09:59 (UTC +04:00)

Futbol üzrə Qvatemala çempionatında kütləvi dava olub.

APA-nın məlumatına görə, “Şelaxu” və “Munisipal” komandaları arasında görüşdə baş verənlər 8 qırmızı vərəqə alması ilə nəticələnib.

Matçın baş hakimi 6 futbolçu və 2 baş məşqçini qovmağa məcbur olub. “Şelaxu”nun dörd, “Munisipal”ın iki oyunçusu meydanı tərk edib.

Bu dava iki oyunçu arasında başlayan mübahisədən sonra başlayıb. Meydandakı bütün futbolçular bu davaya qoşulublar. Görüş “Munisipal”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR