“Milan” Türkiyə yığmasının futbolçusu üçün 30 milyon avro ödəmək istəyir

“Milan” Türkiyə yığmasının futbolçusu üçün 30 milyon avro ödəmək istəyir
  • Clock-gray 16:09
  • calendar-gray 17 Noyabr 2019

Türkiyə millisinin futbolçusu Merih Demiral klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, İtaliyanın “Milan” klubu “Yuventus”un 21 yaşlı futbolçusunu transfer etmək istəyir.

Bu keçidi yayda reallaşdıra bilməyən Milanın eyniadlı təmsilçisi yanvarda yenidən Turin klubuna rəsmi təklif göndərəcək. Yaxşı günlərini yaşamayan komanda heyətini M.Demiralla gücləndirmək üçün “Yuventus”a 30 milyon avro verməyə hazırdır.

Lakin belə böyük məbləğin ödənməsi üçün “Milan” iki oyunçusunun satışını gerçəkləşdirməlidir. Əgər yarımmüdafiəçi Frank Kessie və müdafiəçi Rikardo Rodrigesin transferi mümkün olsa, türkiyəli üçün 30 milyon avro ödəniləcək.

Qeyd edək ki, “Yuventus” M.Demiralın əvəzinə digər müdafiəçi Daniele Ruqanini vermək istəsə də, milanlılar bununla razılaşmayıblar.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date