“Neftçi”dən ayrılan legioner: “Evli olmamağım mənə çətinlik yaradırdı”

“Neftçi”dən ayrılan legioner: “Evli olmamağım mənə çətinlik yaradırdı”
# 18 oktyabr 2019 12:04 (UTC +04:00)

“Azərbaycanda üç ay yarım keçirdim”.

APA-nın məlumatına görə, bunu Bakının “Neftçi” klubunun sabiq futbolçusu Canluka Sansone deyib.

Ötən mövsüm paytaxt klubunda çıxış edən legioner Azərbaycandan ayrılmasının səbəbini açıqlayıb: “Karyeramda dəyişikliklər etmək istəyirdim. İndi də “Neftçi”də çalışan italiyalı baş məşqçi Roberto Bordin mənə zəng vurub, kömək göstərməyimi xahiş etdi. Mən də razılaşdım. Amma geri tez qayıtdım. Çünki orda asan deyildi. Fərqli mədəniyyəti hiss edirdim. Həm də 32 yaşında evli olmamağım mənə çətinlik yaradırdı”.

Qeyd edək ki, hazırda D seriyasının “Audase” klubunda çıxış edən C.Sansone 2019-cu ilin ilk yarısını keçirdiyi “Neftçi”də 11 oyunda 2 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR