Pele: “Messi ilə eyni komandada olsaydıq, rəqiblər iki oyunçuya görə narahatlıq keçirərdi”

Pele: “Messi ilə eyni komandada olsaydıq, rəqiblər iki oyunçuya görə narahatlıq keçirərdi”
# 14 noyabr 2019 15:58 (UTC +04:00)

“Messi səviyyəli futbolçudur”.

APA-nın məlumatına görə, bunu Braziliya milli komandasının sabiq futbolçusu Pele deyib.

“Futbol Kralı” kimi tanınan əfsanəvi cənubi amerikalı Lionel Messi haqda fikirlərini açıqlayıb. 79 yaşlı Pele Argentina millisinin və “Barselona”nın ulduzunu kamil oyunçu hesab etdiyini bildirib: “O, ötürmələr verir, özü vurur, həm də driblinqə malik oyunçudur. Əgər biz onunla eyni komandada olsaydıq, rəqiblər bir deyil, iki oyunçuya görə narahatlıq keçirərdi. Bu gün Messi ən kamil futbolçudur”.

Qeyd edək ki, Pele üç dəfə dünya çempionu olan yeganə futbolçudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR