“Səbail” darmadağın olub, “Neftçi” “Keşlə”yə uduzub - VİDEO

“Səbail” darmadağın olub, “Neftçi” “Keşlə”yə uduzub - VİDEO
# 09 noyabr 2019 19:36 (UTC +04:00)

Bu gün Azərbaycan Premyer Liqasında XI tura start verilib.

APA-nın məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki turun ilk günündə iki matç keçirilib.

Qəbələdə eyniadlı komanda “Səbail”i qəbul edib. Hər biri 6 matçdır qalib gəlməyən rəqiblərin duelində meydan sahibləri güclü olub.

Rəqibini 3:0 hesabı ilə darmadağın edən “Qəbələ” mövsümdə ilk ev qələbəsini qazanıb. Davit Volkovun dubl etdiyi görüşdə digər qola Ülvi İsgəndərov imza atıb. “Səbail” isə son 7 qarşılaşmada cəmi 2 xal qazanıb.

Liderin iki ən yaxın izləyicisi “Keşlə” və “Neftçi” “ASCO Arena”da qarşılaşıblar. Matçda hesab ilk yarının sonlarında açılıb. Donald Gerye “ağ-qaralar”ın heyətində ilk qolunu vurub.

Meydan sahibləri fasilədən sonra nəinki hesabda tarazlıq yaradıb, hətta qələbə qolunu da vurub. Franko Flores və Sezar Meza Kolli qonaqları məyus edib. Nəticədə “Keşlə” 2-ci pilləni rəqibindən alıb.

Bu, “Qarabağ”a qış çempionluğunu indidən təmin etmək üçün imkan yaradıb. Ağdamlılar sabah “Zirə”yə qalib gəlsə, qış fasiləsinə üç tur qalmış ilk yarını 1-ci yerdə başa vuracaqlarını rəsmiləşdirəcək.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. “Qarabağ” “Zirə”ni, “Sabah” “Sumqayıt”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
XI tur
9 noyabr (şənbə)

“Keşlə” – “Neftçi” – 2:1
Qollar: Franko Flores, 63, Sezar Meza Kolli, 82 - Donald Gerye, 45+1
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”, 17:00

“Qəbələ” – “Səbail” – 3:0
Qollar: Davit Volkov, 22, 45+2; Ülvi İsgəndərov, 90+2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 15:00

1

Qarabağ

10

8

2

0

19-2

26

2

Keşlə

11

5

4

2

13-6

19

3

Neftçi

11

5

3

3

16-10

18

4

Səbail

11

3

2

6

8-17

11

5

Sumqayıt

10

3

2

5

11-15

11

6

Sabah

10

2

4

4

10-11

10

7

Zirə

10

2

4

4

10-16

10

8

Qəbələ

11

2

3

6

9-19

9

Bombardir: Lorenzo Frutos ("Keşlə") - 5 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR