Bank Of Baku

“Selta”nı “Barselona”nın uşaq məşqçisi çalışdıracaq

“Selta”nı “Barselona”nın uşaq məşqçisi çalışdıracaq
# 04 noyabr 2019 23:01 (UTC +04:00)

İspaniyanın “Selta” klubunda baş məşqçi təyinatı rəsmiləşib.

APA-nın məlumatına görə, Viqo təmsilçisini Oskar Qarsiya çalışdıracaq.

Fransa “Sent-Etyenn”i və Yunanıstan “Olimpiakos”undakı fəaliyyəti ilə tanınan mütəxəssis yeni komandasına öz məşqçilər korpusu ilə gələcək. Vaxtilə “Barselona”nın uşaq komandası, Təl-Əviv “Makkabi”si, “Brayton”, “Uotford” və “Zalsburq” kimi klubları çalışdırmış 46 yaşlı mütəxəssis “Selta”da Fransisko Eskribanı əvəzləyib.

Qeyd edək ki, 12 turdan sonra 9 xala malik viqolular 18-ci sırada qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR