Təxirə salınan “El-Klasiko”nun vaxtı müəyyənləşib

Təxirə salınan “El-Klasiko”nun vaxtı müəyyənləşib
# 18 oktyabr 2019 17:35 (UTC +04:00)

İspaniya La Liqasının X turunun təxirə salınan “Barselona” – “Real” oyununun keçirilmə tarixi müəyyənləşib.

APA-nın məlumatına görə, klublar “El-Klassiko”nun keçirilmə vaxtını öz aralarında razılaşdırıblar.

“Nou Kamp”dakı görüş dekabrın 18-də baş tutacaq. Oyun təqvimə əsasən oktyabrın 26-na planlaşdırılmışdı.

Qeyd edək ki, təxirəsalmaya Kataloniyadakı gərginlik səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR