2007-ci il Azərbaycanda “Gənclər ili” elan edilə bilər

2007-ci il Azərbaycanda “Gənclər ili” elan edilə bilər
# 15 dekabr 2006 10:15 (UTC +04:00)
2007-ci il Azərbaycanda “Gənclər ili” elan oluna bilər. APA-nın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov prezident və Nazirlər Kabineti qarşısında bu təşəbbüslə çıxış etdiklərini bildirib: “2007-ci il fevralın 2-də “Gənclər haqqında” qanunun qəbul olunmasının 10 ili tamamlanır. Ona görə də gələn ilin “Gənclər ili” kimi qeyd olunmasını təklif etmişik. Əgər Nazirlər Kabineti və prezident bu təşəbbüslə razılaşsalar, gənclər üçün böyük imkanlar açılacaq. Biz həmin imkanlardan səmərəli istifadə etməliyik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR