Avropa Məhkəməsi Azərbaycanda həbs olunmuş “Əl-Qaida” üzvü Qadji Çankayevin Rusiyaya ekstradisiya ilə bağlı şikayətinə baxmaqdan imtina edib

Avropa Məhkəməsi Azərbaycanda həbs olunmuş “Əl-Qaida” üzvü Qadji Çankayevin Rusiyaya ekstradisiya ilə bağlı şikayətinə baxmaqdan imtina edib
# 18 dekabr 2006 15:15 (UTC +04:00)
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Bakıda həbs olunmuş, Azərbaycan Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə və Dağıstan şəhər Məhkəməsi tərəfindən uzun müddətli həbs cəzasına məhkum edilmiş Rusiya vətəndaşı Qadji Çankayevin Azərbaycandan Rusiyaya ekstradisiyası ilə bağlı şikayətinə baxmaqdan imtina edib. Bu barədə APA-ya Q. Çankayevin vəkili Elman Osmanov məlumat verib. Vəkil bildirib ki, məhkəmədən göndərilən məktubda məhkumun ekstradisiya ilə bağlı şikayətinə baxılmayacağı qeyd olunub. Qeyd edək ki, Q. Çankayev Azərbaycanda 7 il, Dağıstanda isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Rusiyanın Baş Prokurorluğunun müraciətindən sonra həmin ölkəyə ekstradisiya olunub. Ekstradisiyasını qanunsuz hesab edən Q. Çankayev AİHM-ə şikayət edib. Dekabrın 19-da isə Azərbaycan Ali Məhkəməsində hakim Müzəffər Ağazadənın sədrliyi ilə Q. Çankayevin də üzvü olduğu dəstənin üzvləri barəsində çıxarılmış hökmdən verilmiş kassasiya şikayətinə baxılacaq. Q. Çankayevin də daxil olduğu Azərbaycan, Rusiya, Türkiyə və Yəmən vətəndaşlarından ibarət dəstə üzvlərinin əksəriyyəti dini təmayüllü təşkilatların, o cümlədən “Əl-Qaida”nın üzvü olub, Gürcüstanın Pankisi dərdəsindəki düşərgədə təlim keçib. Banda üzvləri terror əməlləri törətməkdə, qanunsuz yolla silah-sursat əldə etmək və gəzdirməkdə, ötən ilin iyulunda Bakıda, 3-cü mikrorayon dairəsində Nəsimi rayon Polis İdarəsinin əməkdaşı Mövlan Əlibəyovu qətlə yetirməkdə və digər ağır cinayətlərdə ittiham olunurlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR