Gəncədə yanğın baş verib

Gəncədə yanğın baş verib
# 19 dekabr 2006 11:29 (UTC +04:00)
Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 244 saylı ünvanda yerləşən həyət evində yanğın baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, evin tavanının alışması nəticəsində başlanan yanğın Gəncə şəhər Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin briqadalarının səyi nəticəsində söndürülüb. Yanğının söndürülməsinə və alovun qonşu evlərə keçməsinin qarşısını almağa iki yanğınsöndürən maşın və texniki heyət cəlb olunub. Hadisə zamanı xəsarət alan yoxdur. Faktla bağlı Gəncə şəhər Dövlət Yanğın Təhlükəsizlik Xidmətində araşdırma aparılır. Hadisə baş verən ərazinin sakinləri APA-nın Qərb bürosuna yanğının divar sobasının bacasının həddindən artıq isinməsi nəticəsində baş verdiyini deyiblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR