Cinsi istismar məqsədilə qadınları Türkiyəyə aparan Mingəçevir sakini həbs olunub

Cinsi istismar məqsədilə qadınları Türkiyəyə aparan Mingəçevir sakini həbs olunub
# 19 dekabr 2006 11:31 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları insan alveri ilə məşğul olan daha bir azərbaycanlı qadını həbs ediblər. DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində Mingəçevir şəhər sakini Reyhan Xudaverdiyevanın insan alveri ilə məşğul olduğu, qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyduğu müəyyən edilib. Bundan başqa, idarənin əməkdaşları Binəqədi rayonu ərazisində yerləşən “Fantaste” restoranında əxlaqsızlıq yuvası aşkarlayıblar. Restoranda əxlaqsızlıq yuvası təşkil etmiş Bilgəh qəsəbəsinin sakini Əli Atayev və Bərdə rayon sakini Şamo Əliyev həbs olunublar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR