Üzərində narkotik maddə aşkarlanan altı nəfər Bakı sakini həbs olunub

Üzərində narkotik maddə aşkarlanan altı nəfər Bakı sakini həbs olunub
# 22 yanvar 2007 14:21 (UTC +04:00)
Üzərində narkotik maddə aşkarlanan altı nəfər Bakı sakini həbs olunub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, paytaxt sakinləri Firdovsi Bayramovdan 0,216 qram heroin, Səbuhi Adıgözəlovdan 0,221 qram heroin, Şakir Qazıyevdən 0,24 qram heroin, Müşfiq Babayevdən 0,198 qram herion, Aqşin Məmmədovdan 0,219 qram heroin, Cabir Qayıbovdan 0,248 qram heroin götürülüb. Faktlarla bağlı araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR