Bərdədə ev quşlarının kütləvi ölümü qeydə alınıb

Bərdədə ev quşlarının kütləvi ölümü qeydə alınıb
# 22 yanvar 2007 14:51 (UTC +04:00)
Bərdənin bəzi kəndlərində ev quşlarının kütləvi ölümü qeydə alınıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, yerli əhalinin böyük narahatlığına səbəb olan bu fakta daha çox rayonun Qılınclı kəndində rast gəlinib. Bərdə Rayon Baytarlıq İdarəsindən isə bildiriblər ki, narahatlığa əsas yoxdur. Belə ki, qeydə alınan bu xəstəlik el arasında “Cuma” kimi tanınan mövsümi xəstəlikdir: “Sadəcə, əhalinin vaxtında yerli baytarlara müraciət etməməsi və ya bu kimi başqa tədbirlər görməməsi ev quşlarının kütləvi ölümünə səbəb olub”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR