Penitensiar Xidmətin Müalicə Müəssisəsi Akif Muradverdiyevin səkkiz xəstəlikdən əziyyət çəkməsi barədə arayış verib

Penitensiar Xidmətin Müalicə Müəssisəsi Akif Muradverdiyevin səkkiz xəstəlikdən əziyyət çəkməsi barədə arayış verib
# 23 yanvar 2007 09:33 (UTC +04:00)
Bu barədə APA-ya A.Muradverdiyevin vəkili Rəşad Mirmehdizadə məlumat verib. R.Mirmehdizadə bildirib ki, onların sorğusu əsasında Müalicə Müəssisəsi A.Muradverdiyevin xəstəlikləri barədə arayış təqdim edib. Arayışda A.Muradverdiyevin veltebro-basilyar çatışmazlığı (onurğa sütununun patologiyası), baş beyin magistral damarlarının diffuz-sklerozu (baş beyin damarlarının yayılmış sklerozu),
bisirkulyatorensefalopatiya (beyin qan dövranının pozğunluğu əsasında yaranan beyin patologiyası), asteno-depressivsindrom (psixoloji pozğunluq), hipotoniya (təzyiqin aşağı düşməsi), xroniki pankriatid (mədəaltı vəznin xroniki iltihabı), 12 barmaq bağırsağın xora xəstəliyi, mədəaltı vəznin tumoru (şişi) xəstəliklərindən əziyyət çəkdiyi göstərilib. R.Mirmehdizadə Penitensiar Xidmətin Müalicə Müəssisəsində bu xəstəliklərin müalicəsinin mümkün olmadığını deyib. O, A.Muradverdiyevin müalicəsinin digər xəstəxanada aparılmasını daha vacib hesab edir.
Müalicə Müəssisəsindən isə APA-ya bildirilib ki, A.Muradverdiyevə qoyulan diaqnozlarda əksini tapmış xəstəliklərin əksəriyyəti onun həbsindən əvvəl mövcud olub. Müəssisədən o da deyilib ki, adıçəkilən xəstəliklərin müalicəsi burada da mümkündür. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR