Türkiyəli radio işçilərinin Azərbaycan Radiosunda hazırlayacağı proqram “Türkiyənin səsi” radiosu ilə bütün dünyaya yayımlanacaq

Türkiyəli radio işçilərinin Azərbaycan Radiosunda hazırlayacağı proqram “Türkiyənin səsi” radiosu ilə bütün dünyaya yayımlanacaq
# 31 yanvar 2007 07:56 (UTC +04:00)
Türkiyənin TRT kanalının “Türkiyənin səsi” Radiosunun bir qrup əməkdaşı Azərbaycana gəlib. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Mövlud Süleymanlı APA-ya bildirib ki, nümayəndə heyətinə “Türkiyənin səsi” Radiosunun Azərbaycan dilində yayımlanan proqramının rəhbəri Seyfəddin Altaylı rəhbərlik edir. Sədr müavini türkiyəli həmkarları ilə Azərbaycanda gedən iqtisadi inkişaf, son illər həyata keçirilən iqtisadi layihələr, Türkiyə- Azərbaycan münasibətlərinin səviyyəsi, ermənilərin törətdiyi Xocalı faciəsi və digər mövzular ətrafında söhbətlər aparacaqlarını bildirib. M. Süleymanlı müzakirə olunan mövzular ətrafında türkiyəli radio işçilərinin Azərbaycan Radiosunda proqram hazırlayacaqlarını və həmi proqramın “Türkiyənin səsi” radiosu ilə birbaşa bütün dünyaya yayımlanacağını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR