DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin əməkdaşları narkotik maddə satmaq istəyən üç nəfəri həbs edib

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin əməkdaşları narkotik maddə satmaq istəyən üç nəfəri həbs edib
# 31 yanvar 2007 09:25 (UTC +04:00)
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsi əməkdaşlarının yanvarın 29-da keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini, Rəsulzadə küçəsi-46 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Müxlis Vəli oğlu Tağıyev saxlanılıb. Bu barədə APA-nın qərb bürosuna şöbənin rəis müavini polkovnik-leytenant Rafael İsmayılov məlumat verib. Onun sözlərinə görə, M.Tağıyevin üzərindən 2 qram heroin aşkar edilib. Yanvarın 30-da keçirilən əməliyyat tədbirləri nəticəsində isə Ağstafa rayon sakini, 1964-cü il təvəllüdlü Elçin Eyyub oğlu Yaqubov Şəmkir rayonunda 2 qram heroin satarkən tutulub. Elə həmin gün Qazax rayonunun Ağköynək kənd sakini, 1975-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş Kamran Əli oğlu Quliyevin üzərindən 1 qram heroin aşkar edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR