Elmira Süleymanova Rusiya Ombudsmanına müraciət edib

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Rusiya Federal Ombudsmanına və federasiya subyektlərinin insan hüquqları üzrə Müvəkkillərinə müraciət edib. Ombudsman Aparatından APA-ya daxil olan məlumata görə, E. Süleymanova “Rusiya Federasiyasında xarici vətəndaşlarının hüquqi vəziyyəti haqqında” federal qanuna dəyişikliklər edilməsi haqqında” qanunun qüvvəyə minməsini nəzərə alaraq rusiyalı həmkarlarından bu ölkənin təcridxanalarında saxlanılan, habelə qeyri-leqal yaşayan azərbaycanlıların sayı barədə yerli icra hakimiyyəti və milis orqanlarının vasitəsilə məlumat əldə edilməsində yardımçı olmağı xahiş edib. Müvəkkil həmçinin həmin şəxslərin statusunun leqallaşdırılmasında soydaşlarıma qarşı ayrı-seçkilik edilməməsinə çağırıb və bu prosesin nəzarətdə saxlanmasını istəyib. /APA/
Hadisə

Saatlıda 18 yaşlı oğlan xalasının ərini bıçaqla qətlə yetirib - YENİLƏNİB

Sumqayıtda “Khazar” markalı minik avtomobili idarəetməni itirərək aşıb

Laçında təbii halda bitən çətənə kolları məhv edilib
