Qəsdən adam öldürmə və fərarilikdə ittiham olunan hərbçinin məhkəməsi keçiriləcək

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Məmmədbağır Zeynalovun sədrliyi ilə qəsdən adam öldürmə və fərarilikdə ittiham olunan Azərbaycan Silahlı Qüvvələrinin hərbiçisi Ramin Bəbirovun məhkəməsi keçiriləcək. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. İttiham aktına görə, R. Bəbirov 1995-ci ildə hərbi xidmətə çağırılandan 8 ay sonra fərarilik edərək xidmətdən boyun qaçırıb və istintaqdan gizlənib. O, 2006-cı il avqustun 13-də Xırdalan qəsəbəsində kirayə yaşadığı evdə həyat yoldaşı Südabə Bəbirovanı qısqanclıq zəminində qətlə yetirib. R. Bəbirova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 334.1-ci (fərarilik) maddələri ilə ittiham irəli sürülüb. Fevralın 23-də cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. /APA/
Hadisə
Astarada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Goranboyun həbsdə vəfat edən icra başçının qardaşı oğlu qəzada ölüb - FOTO

“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb - FOTO - VİDEO
