Beyləqanda və Bakıda baş verən yol qəzalarında iki nəfər ölüb

Beyləqanda və Bakıda baş verən yol qəzalarında iki nəfər ölüb
# 23 fevral 2007 11:01 (UTC +04:00)
Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Yeni Mil kəndi ərazisində kənd sakini Hikmət Əhmədov idarə etdiyi "Ford-Tranzit" markalı avtomobillə Yuxarı Aran kənd sakini Nail Bayramovu vurub. Nəticədə N. Bayramov hadisə yerində ölüb. Bakının Suraxanı rayonu ərazisində, aeroport yolunda isə Bakı şəhər sakini Rza Mirzəyev "Daewoo-Espero" markalı avtomaşınla Şahbuz rayon sakini Samiq Əsgərovu vurub və piyada hadisə yerində keçinib. Hər ili faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR