Metronun “Neftçilər” stansiyasının qarşısındakı səkidə peyğəmbərin şəklinin peyda olduğunu deyərək, insanları vahiməyə salan şəxs həbs olunub

Metronun “Neftçilər” stansiyasının qarşısındakı səkidə peyğəmbərin şəklinin peyda olduğunu deyərək, insanları vahiməyə salan şəxs həbs olunub
# 15 mart 2007 15:48 (UTC +04:00)
Bu barədə APA-ya 24-cü polis bölməsinin rəis müavini Seyfulla Əzimov məlumat verib. S. Əzimovun sözlərinə görə, saxlanan şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, 32 ünvanında yaşayan Siracəddin Akif oğlu Hüseynovdur. Rəis müavini deyib ki, həmin ərazidə heç bir şəkil görünməyib, S. Hüseynov yalandan insanları çaşdırmaq məqsədilə bu şayiəni yayaraq, vətəndaşlar arasında vahimə yaradıb. S. Əzimov hazırda ərazinin polis nəzarətində olduğunu, məsələ ilə bağlı araşdırma aparıldığını vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR