Bakının mərkəzində yeni tikilən binada baş verən qəzada ağır xəsarət alan Ələddin İbişovun vəziyyəti normallaşıb

Bakının mərkəzində yeni tikilən binada baş verən qəzada ağır xəsarət alan Ələddin İbişovun vəziyyəti normallaşıb
# 17 mart 2007 10:32 (UTC +04:00)
Bakının Nizami və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni tikilən binanın 21-ci mərtəbəsinin uçması nəticəsində ağır xəsarət alan (kəllə beyin travması, təpə nahiyəsinin əzilmiş yarası, sol almacıq sümüyünün sınması) Ələddin İbişovun vəziyyəti normallaşıb. Bu barədə APA-ya Ə. İbişovun yerləşdirildiyi Travmatologiya və Ortopediya Xəstəxanasının baş həkimi Tariyel Qasımov məlumat verib. Onun sözlərinə görə, xəstəxanaya dəvət olunan digər mütəxəssislərlə məsləhətləşmələrdən sonra xəstənin əməliyyat edilməsinə ehtiyac olmadığı məlum olub. Baş həkim bildirib ki, Ə. İbişov hələ bir müddət xəstəxanada müalicə alacaq.
Qeyd edək ki, qəza nəticəsində zədə alaraq sözügedən xəstəxanada yerləşdirilən daha 4 xəstə ilkin tibbi yardım alandan sonra evə buraxılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR