ANS-in tezliyi üzrə tender sabah başa çatır

ANS-in tezliyi üzrə tender sabah başa çatır
# 30 mart 2007 10:22 (UTC +04:00)
ANS televiziyası və ANS ÇM radiosunun tezliyi üzrə elan olunmuş tender sabah başa çatır. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasından məlumat verilib. Şuradan bildirilib ki, bu günə qədər tenderə ANS-dən başqa qatılan yoxdur. MTRŞ-dən o da deyilib ki, belə vəziyyət sona qədər davam etsə, qurum “Televiziya və radio yayımı haqqında” qanuna görə bir ay müddətində vəziyyət müzakirə edərək qərar verəcək.
Qeyd edək ki, ANS-in tezliyi ilə bağlı tender fevralın 20-dən başlanıb. Martın 20-də başa çatmalı olan tenderin vaxtı sonradan ayın sonuna qədər uzadılıb. Onu da əlavə edək ki, bu, ANS-in tezliyi ilə bağlı elan olunmuş ikinci tenderdir. Birinci dəfə də ANS-dən başqa tenderə qatılan olmadığına görə tender baş tutmamış elan edilmişdi. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR