Rostovda 4 azərbaycanlı saxlanılıb
05 aprel 2007 09:41 (UTC +04:00)
APA-nın məlumatına görə, Rostov vilayəti üzrə Federal Miqrasiya Xidmətindən bildirilib ki, saxlanılanlardan 4-ü Azərbaycan, 1-i isə Gürcüstan vətəndaşı olan qadındır. Onlar əcnəbilərin Rusiya ərazisində ticarət sahəsində çalışmalarının məhdudlaşdırılması ilə bağlı qanunu pozmaqda günahlandırılırlar. Məlumatda gürcü qadının Rusiya ərazisində qeyri-qanuni yaşadığı, azərbaycanlıların isə işləmək icazəsi olmadığı deyilib. Azərbaycanlılara qarşı əcnəbilərin Rusiya ərazisində icazəsi olmadan çalışması maddəsi ilə inzibati iş qaldırılıb. Onları 2 min rubldan 5 min rubladək cərimə gözləyir. Gürcüstan vətəndaşının isə Rusiya ərazisindən deportasiya edilməsi qərarının veriləcəyi bildirilir. İş artıq məhkəməyə göndərilib. /APA/
Hadisə
Göygöldə baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB
22:54
16 sentyabr 2024
Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlanıb - VİDEO
17:45
16 sentyabr 2024
Nazim Bəydəmirliyə cəza istənilib
17:28
16 sentyabr 2024
Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
17:08
16 sentyabr 2024