İsmayıllıda torpaq sürüşməsi baş verən ərazidə ciddi təhlükə yoxdur

“İsmayıllı rayonunun Vaşa kəndində baş verən torpaq sürüşməsi hələlik dayanıb”. APA-nın məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. Nazirin sözlərinə görə, ərazidə ciddi təhlükə yoxdur. Sürüşmə ilə əlaqədar Vaşa kəndinin başqa əraziyə köçürülməsinə də hələlik ehtiyac yoxdur. K.Heydərov ötən il Xanlar rayonunun Dozular kəndində baş vermiş anoloji hadisəyə də toxunub. O, həmin kənddə daha ciddi təhlükə olduğu üçün əhalinin başqa əraziyə köçürüldüyünü də xatırladıb: “O vaxt prezidentin tapşırığı ilə kənd üçün başqa yer ayrıldı. Dozular kəndinin sakinləri bu yaxınlarda yeni salınmış kəndlərinə köçəcəklər”./APA/
Hadisə

Kürdəmirdə evdə partlayış olub, ər-arvad xəsarət alıb

Geoloji Kəşfiyyat Agentliyi: Astarada sel nəticəsində uçma baş verib - FOTO - YENİLƏNİB

Binəqədidə 6 otaqlı evdə yanğın olub
