Kürdəmirdə 2 “KamAZ”, Əli Bayramlıda 2 motosiklet toqquşub

Kürdəmirdə 2 “KamAZ”, Əli Bayramlıda 2 motosiklet toqquşub
# 26 sentyabr 2007 11:19 (UTC +04:00)
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yevlax rayonunda Gəncə şəhər sakini Elçin Eminov idarə etdiyi “VAZ-2106” markalı avtomaşını maneəyə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişini, Göyçay rayon sakini Salman Qaçayev orada dünyasını dəyişib. Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.
Kürdəmir rayonunun Qarabucaq kəndində Xanlar rayon sakini Füzuli Hüseynovun və Bakı şəhər sakini Şahmar Niftəliyevin idarə etdiyi “KamAZ” markalı avtomaşınlar toqquşub. Nəticədə F. Hüseynov hadisə yerində ölüb. Faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.
Əli Bayramlı şəhərindəki Heydər Əliyev prospektində şəhər sakini İsrafil İmanovun idarə etdiyi “İJ” markalı və Sabirabad rayon sakini Loğman Mütəllimovun idarə etdiyi “Vosxod-3” markalı motosikletlər toqquşub. Nəticədə xəsarət almış hər iki sürücü və İ. İmanovun sərnişini, həmyerlisi Firdovsi Dadaşov xəstəxanaya yerləşdirilib. İ. İmanov orada vəfat edib. Faktla bağlı Əli Bayramlı ŞPŞ-də araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR