Daxili işlər orqanlarının əməkdaşları silah-sursat aşkar ediblər

Daxili işlər orqanlarının əməkdaşları külli miqdarda silah-sursat aşkar ediblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən Kür körpüsünün yaxınlığında 16 ədəd qumbara, 791 ədəd müxtəlif çaplı patron və 3 ədəd patron darağı tapılaraq Yevlax RPŞ-yə təhvil verilib.
Əzizbəyov RPİ-nin 2-ci polis bölməsi əməkdaşları isə rayon ərazisindən 1 ədəd xaricdə istehsal olunmuş tapança, 1 ədəd əldədüzəltmə tapança, 1 ədəd nömrəsi silinmiş “TOZ-8” və 1 ədəd ov tüfəngləri tapıblar. /APA/

Hadisə

Bakıda tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sabunçuda yük maşını ilə minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

Bakıda kürəkənini bıçaqlayan qayınata saxlanılıb - YENİLƏNİB