Kür çayında batan 4 nəfərdən ikisinin meyiti hələ də tapılmayıb

Kür çayında batan 4 nəfərdən ikisinin meyiti hələ də tapılmayıb
# 01 oktyabr 2007 14:57 (UTC +04:00)
Bu barədə APA-nın Aran bürosuna Kürdəmir rayon Prokurorluğundan məlumat verilib.
Qeyd edək ki, dünən Kürdəmir rayonunda 4 nəfərin ölümü ilə nəticələnən faciə baş verib. APA-nın Aran bürosunun xəbərinə görə, saat 11:00 radələrində rayonun Şuşün kənd sakinləri Tahir Mayıl oğlu İsmayılov, Heydər Qurbanəli oğlu Fərzəliyev, Raziyə Soltan qızı İsgəndərova, Zəhra İsgəndər qızı Həsənova və Məlahət Şəri qızı İsgəndərova qayıqla İmişlinin Əlyetməzli kəndinə keçmək istəyiblər. Adı çəkilən şəxslər yas mərasiminə gedirmişlər. Lakin qayıq çevrilməsi nəticəsində onların hamısı çaya düşüb. Çaya düşənlərdən yalnız birini M. İsgəndərovanı xilas etmək mümkün olub, digərləri isə boğularaq ölüb. Hazırda M. İsgəndərova xəstəxanada müalicə olunur. Aparılan axtarış-xilasetmə işləri nəticəsində H. Fərzəliyevlə R. İsgəndərovanın meyitləri sudan çıxarılıb. Kürdəmir rayon Prokurorluğundan APA-nın Aran bürosuna verilən xəbərə görə, Z. Həsənova ilə T. İsmayılovun cəsədlərinin axtarışı davam etdirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR