İş yoldaşını bıçaqlayan fəhlə həbs edilib

İş yoldaşını bıçaqlayan fəhlə həbs edilib
# 08 oktyabr 2007 13:35 (UTC +04:00)
Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu qəsəbəsindəki Elmi İstehsalat Birliyinin “Törətə” Açıq Tipli Səhmdar Cəmiyyətində orada fəhlə işləyən Nicat Çobanova şəxsi münaqişə zəminində iş yoldaşı Elvin Mütəllibova bıçaqla xəsarət yetirib. Sabunçu RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Balaxanı qəsəbə sakini N. Çobanov yaxalanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR